Laçın yolunda heç bir blokada yoxdur - Sahibə Qafarova

09:21 06.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Laçın yolu açıq olub və indi də açıqdır, orada hər hansı blokadadan söhbət belə gedə bilməz”.

Hafta.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.